Maide.az

Şəri-dini suallara cavablar - SUAL 19

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    DƏSTƏMAZIN HÖKMLƏRİ SUAL 19: Üzü və qolları üç dəfə yumaq dəstəmazı batil edirmi? Bütün mərcəi-təqlidlərın fətvası: “Dəstəmaz niyyəti ilə üzü və sağ qolu üç dəfə yumaq haramdır, dəstəmazı isə batil etməz. Amma sol qol üç dəfə yuyularsa, məshə xələl yetirdiyindən dəstəmaz batildir.” (“İstiftaat”, İmam Xomeyni, 1-ci cild, sual 35; “Camiul-əhkam”, Ayətullah Safi, 1-ci cild, sual 90; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 113; “İstiftaat”, Ayətullah Məkarim Şirazi, 1-ci cild, sual 61 və 64; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 2-ci cild, sual 39; Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Bəhcət və Ayətullah Vəhid Xorasaninin dəftərxanası.)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!