Maide.az

Şəri-dini suallara cavablar - SUAL 15

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    DƏSTƏMAZIN HÖKMLƏRİ SUAL 15: Hansı hallarda dəstəmaz almaq vacibdir? CAVAB: Bu hallarda dəstəmaz almaq vacibdir: 1. Meyit namazından başqa, vacib namazlar üçün; 2. Kəbə evinin vacib təvafı üçün; 3. Yaddan çıxmış səcdə və təşəhhüd üçün; 4. Qurani-Kərimin yazısına və Allah adına bədəni toxundurmaq üçün (habelə murdarlanmış Quranı suya çəkmək üçün və ya onu bulaşıq yerdən çıxararkən ona toxunmağa məcbur olduqda); 5. Dəstəmaz alıb təharətli (pak) qalmağı nəzir və ya əhd etmiş, ya da bu barədə and içmiş şəxs üçün.     Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!