Maide.az

“Baku Bus”ın avtobusu qəza törətdi - Qadın öldü

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.   Maide.Az  Lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub.   Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.   Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.