Maide.az

Şəri-dini suallara cavablar - SUAL 14

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    DƏSTƏMAZIN HÖKMLƏRİ   SUAL 14: Dəstəmazın şərtləri nədir? CAVAB: Dəstəmazın 13 şərti var: 1. Dəstəmaz suyu pak olmalıdır; 2. Dəstəmaz suyu saf (mütləq) olmalıdır (nəcis və qatqılı olmamalıdır); 3. Dəstəmaz suyu mübah (halal) olmalıdır (qəsbi olmamalıdır); 4. Dəstəmaz alınan qab mübah olmalıdır (qəsbi olmamalıdır); 5. Dəstəmaz alınan qab qızıl və gümüşdən olmamalıdır; 6. Dəstəmaz üzvləri (yuyulan və məsh çəkilən zaman) pak olmalıdır; 7. Dəstəmaz almaq üçün yetərincə vaxt olmalıdır; 8. Dəstəmaz Allaha yaxınlaşmaq məqsədi (qürbət qəsdi) ilə alınmalıdır; 9. Dəstəmazda “tərtibə” riayət olunmalıdır; yəni əvvəlcə üz, sоnra sağ qоl, daha sоnra sоl qоl yuyulmalı və оndan sоnra başa, sonda da ayaqlara məsh çəkilməlidir. 10. Dəstəmazın əməlləri ardıcıl və arası kəsilmədən yerinə yetirilməlidir; 11. İnsan dəstəmazı özü almalı və dısəmaz almaq üçün baqasından kömək almamalıdır; 12. Sudan istifadədə (suyun zərərli olması və yaxud susuz qalacağı kimi) hər hansı bir maneə olmamalıdır; 13. Suyun dəstəmaz üzvlərinə çatmasına maneə olmamalıdır.   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!