Maide.az

“Real” dünya çempionu oldu

Dekabrın 18-də klublararası dünya çempionatında final oyunu keçirilib.   APA xəbər verir ki, Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin “Real” klubu meydan sahibi “Kaşima” ilə qarşılaşıb.   Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar.   Görüşdə "Real"ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.