Maide.az

“Cəfər Cabbarlı” stansiyası sərnişinlərin xidmətinə açılır

Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq.   Bu barədə Bakı Metropliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.   O bildirib ki, stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb.    Qeyd edək ki, dekabrın 7-dən Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bağlanmışdı. (report)