Maide.az

Şəri-dini suallara cavablar - SUAL 8

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    TƏQLİDİN HÖKMLƏRİ      VƏFAT ETMİŞ MÜCTƏHİDƏ TƏQLİD ETMƏYİN HÖKMÜ SUAL 8: Təqlid etdiyim müctəhid vəfat etmişdir, amma onu diri müctəhidlərdən daha elmli bilirəm. Bu zaman vəfat etmiş müctəhidə təqlidi davam etdirməliyəmmi? CAVAB: İmam Xomeyni, Ayətullah Xamenei, Ayətullah Nuri Həmədani: Bəli, ona təqlid edə bilərsiniz.[1] Ayətullah Bəhcət: Əməl etdiyiniz məsələlərdə həmin müctəhidə təqlidi davam etdirməyiniz vacibdir.[2] Ayətullah Təbrizi: Həmin müctəhidin diri olduğu müddətdə ondan öyrəndikləriniz məsələlərdə mütləq ona təqlid etməlisiniz.[3] Ayətullah Safi: Vacib ehtiyata əsasən, ona təqlidi davam etdirməlisiniz.[4] Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Vəhid Xorasani: Vəfat etmiş müctəhidə təqlidi mütləq davam etdirməlisiniz.[5] Ayətullah Məkarim Şirazi: Vəfat etmiş müctəhidin fətvasına uyğun əməl etdiyiniz məsələlərdə həmin müctəhidə mütləq təqlid etməlisiniz.[6] [1] “İstiftaat”, İmam Xomeyni, sual 20; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 35; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, sual 8. [2] “Tozihul-məsail”, məsələ 12 və 13; “Vəsilətun-nəcat”, 1-ci cild, məsələ 14. [3] “İstiftaat”, sual 26. [4] “Tozihul-məsail”, məsələ 9; Camiul-əhkam”, 1-ci cild, sual 20. [5] Həmin müctəhidlərə məxsus “Tozihul-məsail”, məsələ 9. [6] “Tozihul-məsail”, məsələ 10.     Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!