Ərbəin yürüşü günlərində 20 terror qruplaşması zərərsizləşdirilib
İrana girməyə cəhd edən 3 nəfərlik terror qrupu məhv edilib. Bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini və Ərbəin ziyarəti üzrə Mərkəzi Qərargahın sədri Hüseyn Zülfüqari deyib. Maide.Az xəbər verir ki, H.Zülfüqari ölkə sərhədlərində təhlükəsizliyin təmini ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib ki, yaxın günlərdə 3 nəfərlik terror qrupu ölkənin qərb sərhədlərindən İrana keçmək istəyərkən təhlükəsizlik qüvvələrinin ayıqlığı nəticəsində məhv edilib. H.Zülfüqari Ərbəin ziyarəti dövründə 20 terror qruplaşmasının zərərsizləşdirildiyini bildirib. “İŞİD terror qruplaşmasının üzvlərindən ibarət 20 terror qruplaşması Ərbəin ziyarəti günlərində terror törətmək istəyirdi ki, İraq qüvvələrinin sayıqlığı nəticəsində həmin qruplar zərərsizləşdirilib”. H. Zülfüqari İraqın Hİllə bölgəsində Ərbəin günündən sonra baş vermiş terror aktına toxunub və deyib ki, Hillə bölgəsində baş vermiş terror aktı Ərbəin günündən 3 gün sonra baş verdi. “20 gün müddətində bir hissəsini terror qruplaşmaları işğal etmiş bir ölkədə 20 milyona yaxın insanın təhlükəsizliyini təmin etmək çox ağır və böyük iş idi ki, təhlükəzilik qüvvələri bunun öhdəsindən gəldilər”. (tasnim)