Maide.az

Şəri-dini suallara cavablar - SUAL 7

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    TƏQLİDİN HÖKMLƏRİ   TƏQLİDİN MEYARI SUAL 7:   a) Daha elmli müctəhidə təqlid nə zaman gerçəkləşir? CAVAB: Bütün müctəhidlərin nəzəri: Müctəhidin fətvasına əməl olunduğu zaman təqlid gerçəkləşir. (“Tozihul-məsail”, məsələ 2; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 34;)   b) Əgər “Risalə”si (“Tozihul-məsail” kitabı) olmayan daha elmli müctəhidə təqlid etmək caizdirmi? CAVAB: Bütün müctəhidlərin nəzəri budur ki, həmin müctəhid “mərcəiyyət” (daha elmli müctəhid olma) şərtlərinə sahibdirsə, ona təqlid etmək caizdir və risaləsinin olması şərt deyil! (“Tozihul-məsail”, məsələ 2; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 9;)   Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!