Maide.az

Şəri-dini suallara cavablar - 4

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    TƏQLİDİN HÖKMLƏRİ   Mərcəi-təqlidin risaləsini oxumaq   SUAL 4: Bir müctəhidə təqlid etmək üçün onun risaləsini sona qədər oxumaq lazımdırmı? CAVAB: Bütün mərcəi-təqlidlərə görə, xeyr, risaləni əvvəldən axıra kimi oxumaq lazım deyil! Lakin, adətən, ehtiyac duyulan şəri-dini məsələləri öyrənmək vacibdir. (“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 6; “Tovzihul-məsail”, mərcəi-təqlidlər, məsələ 11; “Əl-urvətul-vusqa”, 1-ci cild, səh.62, “təqlid” bölümü.)     Qeyd edək ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!