Maide.az

Şəri-dini suallara cavablar - 2

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:        TƏQLİDİN HÖKMLƏRİ   Fətvanı eşitməyin hökmü   SUAL 2: Kütləvi informasiya vasitələri (telefon, internet, televizor, radio və s.) ilə mərcəi-təqlidin fətvasını eşitmək höccətdirmi, yəni müqəllid eşitdiyi həmin fətvaya əməl edə bilərmi?   CAVAB: Bütün mərcəi-təqlidlər: Əgər həmin informasiya vasitələrinin dediyinə yəqinlik əldə olunarsa, höccətdir və müqəllid həmin fətvaya əməl edə bilər.   (“Tozihul-məsail”, məsələ 5; “Əcvibətul-istiftaat – Şəri suallara cavablar”, Ayətullah Xamenei, sual 27; “Tozihul-məsail”, Ayətullah Sistani, məsələ 4; “Tozihul-məsail”, Ayətullah Məkarim, məsələ 7; “Ürvətül-vüsqa”, 1-ci cild, məsələ 36; “Vəsilətun-nicat”, 1-ci cild, məsələ 27.)     Qeyd edək ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi;   Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!