Maide.az

Əfqanıstandakı Baqram bazasında kamikadze hücumu: 4 ölü, 15 yaralı

  Əfqanıstanın paytaxtı Kabil yaxınlığında yerləşən Baqram hərbi bazasına təşkil edilən intihar hücumunda 4 nəfər ölüb.   Maide.Az "Anadolu"ya istinadən xəbər verir ki, Parvan meriya sözçüsü Əbdülvəhid Siddiqi bildirib ki, personal arasına girən intihar terrorçusu üzərindəki bombanı partladıb. Hücumda 4 nəfər ölüb, 15 nəfər isə yaralanıb.   Bazadan istifadə edən NATO-dan verilən açıqlamada da 4 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib.   Hücumu Taliban öz üzərinə götürüb.