Maide.az

Ərəbistanda DÇ-2018-in oyunlarının keçiriləcəyi stadion yaxınlığında terror hadisəsinin qarşısı alınıb

Səudiyyə Ərəbistanın Ciddə şəhərində irimiqyaslı terror aktının qarşısı alınıb.    Maide.Az xəbər verir ki, rəsmi mənbələrin verdiyi məlumata görə, terror hadisəsi 2018-ci il Dünya Kuboku seçmə oyunlarının keçiriləcəyi stadiona gedən yolda planlaşdırılıbmış.   Həmin şəxslər avtomobilə yerləşdirilmiş partlayıcını işə salmaqla terror aktı törətmək istəyib.   Terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 8 nəfər həbs olunub. Onlar Səudiyyə Ərəbistanı, Pakistan və digər bir neçə müxtəlif dövlətlərin vətəndaşlarıdır.