Maide.az

“Space 104 FM” bağlandı

Bu gün səhərdən etibarən “Space 104 FM” radiosunun yayımı dayandırılıb.   Maide.Az ölkə.az-a istinadən məlumat verir ki, bu barədə Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.   Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:   “Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.