Maide.az

“Qarabağ”ın rəqibi Udineze səfərində xal itirdi

  İtaliya A seriyasında V tura yekun vurulub.   Xəbər verilir ki, turun ilk oyunun günündə 1 qarşılaşma baş tutub.   "Milan" öz meydanında "Latsio"nu sınağa çəkib. Hər hissədə 1 qol vuran milanlılar hesabına 3 xal yazıb.   Turun digər qarşılaşmaları dünən keçirilib. Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Fiorentina" "Udineze" səfərindən 1 xalla dönüb. (apa) /     İtaliya A seriyası V tur 20 sentyabr   "Milan" - "Latsio" - 2:0 Qollar: Bakka, 37, Nyanq, 74   21 sentyabr "Bolonya" - "Sampdoriya" - 2:0 Qollar: Verdi, 17, Destro, 50   "Atalanta" - "Palermo" - 0:1 Qol: Nesterovski, 88   "Kyevo" - "Sassuolo" - 2:1 Qollar: Riqoni, 21, Kastro, 40 - Defrel, 28   "Empoli" - "İnter" - 0:2 Qollar: İkardi, 10, 17   "Cenoa" - "Napoli" - 0:0   "Yuventus" - "Kalyari" - 4:0 Qol: Ruqani, 14, İquayn, 34, Dani Alves, 39, Ceppiteli, 84 (öz qapısına)   "Peskara" - "Torino" - 0:0   "Udineze" - "Fiorentina" - 2:2 Qollar: Zapata, 26, Danilo, 45 - Babakar, 30, Bernardeşi, 52 (pen.)   "Roma" - "Krotone" - 4:0 Qollar: El Şaaravi, 26, Salah, 37, Ceko, 48, 57