Əmirəl-möminin Əlinin (ə) hərəminin günbəzinin təmir işləri nə zaman başa çatacaq ?
Əmirəl-möminin Əlinin (ə) hərəminin günbəzini yenilənmə prosesi davam etdirilir və Rəbbiül-Əvvəl ayının əvvəllərində günbəzin bərpa işləri başa çatacaq. Maide.Az xəbər verir ki, bu sözləri İmam Əlinin (ə) hərəmi işləri üzrə idarənin rəhbəri Seyyid Nizar Həblül-Mətin deyib. O əlavə edib ki, Rəbbiül-Əvvəl ayının 17-si əziz Peyğəmbər həzrət Məhəmmədin (s) doğum günü günbəzin təqdimatı olacaq, hazırda işlərin 80 faizi tamamlanıb.