Maide.az

“Facebook”dan ən çox kimlər istifadə edir? – SORĞU

  ACT Azərbaycan 17-21 iyul tarixlərində Bakı şəhərində vətəndaşların internetdən nə məqsədlə istifadə etməsi ilə bağlı apardığı sorğunun nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən rəyi soruşulan respondentlərin 54.4%-i gün ərzində internetdən istifadə etdiyini bildirib. Qeyd edək ki, sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Ən fəal internet istifadəçiləri 18-34 yaşlı gənclərdir - 77.6%   55 və daha çox yaşı olan respondentlərin isə 73.6%-i  ümumiyyətlə internetdən istifadə etmir. İnternetdən nə üçün  istifadə edirik?   Sorğuda iştirak edən  respondentlərin 77.3% -i internetdən xəbər oxumaq və yeni məlumatlar əldə etmək üçün istifadə edir. Dost-tanışı ilə ünsiyyət quranlar 52.6%, internetdə musiqi dinləyib film izləyənlər isə 48.3 %  təşkil edib.  Ən populyar sosial şəbəkələr   Respondentlərin sosial şəbəkələrə marağı da araşdırılıb. İstifadəçilərin 28.7%-i  “Facebook”-a üstünlük verirlər. Bu sosial şəbəkədən   isitifadə edənlərin 41,6%-i 55 və daha çox yaşı olan respondentlərdir. Populyarlığına görə “İnstagram” ikinci pillədə qərarlaşıb. Rəyi soruşulanların 9.4%-i ondan yararlanır. Onlarda 13.2 % -i gənclərdir. “Odnoklassnik”-də “sinif yoldaşlarını axtaranlar” 2 %, “Vkontakte”-də ünsiyyət quranlar isə 1.5 % təşkil edir. Respondentlərin cəmi 0.8%-i  “Twitter” istifadəçisidir.  “Youtube” videolarından yararlanan respondentlər sorğuda 2.2%  nəticə verib. Orta nəslin nümayəndələri (35-54 yaş aralığı) portaldan daha çox istifadə edirlər (6.5%). Qadınların ən sevimli şəbəkəsi   “Whatsapp” istifadəçiləri sorğuda daha yüksək nəticələr göstəriblər. Rəyi  soruşulan respondentlərin 54.4%-i bu tətbiqindən istifadə etdiklərini bildiriblər. Sorğudan məlum olub ki, 35-54 yaşlı insanlar “Whatsapp”-dan daha çox istifadə edirlər - 56%. Rəyi soruşulan qadın respondentlər 71,4%-i “Whatsapp”,  52,3%-i  “Facebook”, 40,2%-i “İnstagram “ sosial şəbəkələrindən istifadə edirlər. Kişilərin isə 68,6%-i  “Facebook”,  54,3%-i “Whatsapp”,  44.3%-i  “İnstagram” istifadə etməyə üstünlük verirlər. Vətəndaşlar  internetə hardan çıxırlar?   Rəyi soruşulan respondentlərin 84 %-nin evdə internetə çıxışı olduğu üzə çıxıb.  64.7% respondent isə internetə girmək üçün mobil operatorların təklif etdikləri internet paketlərindən istifadə edirlər. /