Maide.az

“Gülhanə”də əməliyyat - Xəstəxananın 100 işçisi saxlanıldı

Türkiyədə Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində Gülhanə Hərbi Tibb Akademiyasında əməliyyat keçirilib.   “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hazırda Gülhanədə axtarışlar davam edir. Qeyd edilir ki, xəstəxananın 100 əməkdaşı barədə saxlama qərarı çıxarılıb.   Bildirilir ki, siyahıda adı olanlar arasında həkimlər də var.