Maide.az

Şəhriyar şerlərində Həzrət Əli (s) sevgisini anlatan kitab

İranda  “Şəhriyar şerlərində Mənaqib-e Ələviyyə” adlı kitab nəşr olunub. Maide.Az xəbər verir ki, İranın Şərqi Azərbaycan əyalətinin İncəsənət İdarəsinin təşəbbüsü ilə hazırlanan kitab insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb. Kitab Əli Hacı Bülənd adlı yazar tərəfində qələmə alınıb və “Surə-i Mehr” nəşriyyatı tərəfindən nəşr edilib. İranın Şərqi Azərbaycan əyalətinin İncəsənət İdarəsinin Həsən Milani deyib ki, tarix boyu şairlər Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə) və Əhli-Beyt (ə) haqqında şerlər yazıblar, lakin ustad Şəhriyarın Əhli-Beyt (ə) haqqında yazdığı şerlərin fərqli bir yanaşma olub. “ Məhəmməd Hüseyn Şəhriyar həm fars və həmdə Azərbaycan dilində Əhli-Beyt (ə) haqqında müxtəlif şerlər yazıb ki, onlardan ən tanınmışı “Əli Ey humayi rəhmət” şeridir. Şeirin əsli farscadır. Bizim sizə təqdim etdiyimiz həmin şerin tərcüməsidir.    Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı   Könül, istəsən Xudanı biləsən, Əlini yad et Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı   İki dünyada fənadan bir əsər belə tapılmaz Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı   Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm Qəzəb atəşində yoxsa külə döndərər cahanı   Gedib ey yazıq dilənçi qapısını döy Əlinin Ki, üzük verib şah eylər kərəmilə hər gədanı   Əlidən savayı kimdən hələbir uşaq doğulmuş Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı   Edər əhdi dosta qurban verə var-yoxunu dostlar Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı   Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır Çağırım nə adla bilməm şəhi mülki lafətanı   Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət Onun astanından al, gəl mənə xaki tutiyanı   O ümidlə ki, ayağın tozunu ziyarət etsin Qapına ürək sözümlə yola salmışam səbanı   Sən Əli, qəzasovansan, bizi dinlə binəvayıq Uzaq eylə canımızdan kərəminlə hər qəzanı   Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı   Gecə sübhətək ümidim bunadır səhər nəsimi Verə aşina həyamı, edə şad aşinanı   Qulaq as gecə o “Ya həqq” quşuna ki, Şəhriyara Biləsən nə xoşdur açmaq gecə dosta macəranı