Maide.az

​Filippində 5,2 bal gücündə zəlzələ olub

Filippin sahillərində 5,2 bal gücündə zəlzələ baş verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. İnfromasiyaya görə, yeraltı təkanlar Aurora əyalətindən 6 km şimalda baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Dağıntı və xəsarət alanlar, sunami təhlükəsi barədə məlumat yayılmayıb.