Maide.az

​İstanbulda metrobus 5 metr hündürlükdən aşıb, 10 nəfər yaralanıb

İstanbulun Zeytunburnu rayonunda Zincirlikuyu-Avcılar istiqamətində hərəkət edən metrobusun 5 metr yüksəklikdən aşması nəticəsində ikisi ağır olmaqla 10 nəfər yaralanıb.   "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, metrobusda 20 sərnişin olub.   Hadisə Zeytunburnu rayonunun Cevizlibağ məntəqəsində baş verib.   Hadisənin baş verməsinə ilkin səbəb olaraq, metrobusun sürücüsünün yatması göstərilib. /