Maide.az

​Türkiyədə Ədliyyə Nazirliyi işçilərinin şəhərciyində partlayış olub, yaralananlar var

Türkiyənin Tunceli əyalətinin Ovacıq rayonunda Ədliyyə Nazirliyi əməkdaşlarının yaşadığı şəhərcik yaxınlığında baş verən partlayış nəticəsində 9 nəfər yaralanıb.   "Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.   İnformasiyaya əsasən, hadisənin baş vermə səbəbi hələlik məlum deyil.   Partlayış baş verən əraziyə çox sayda təcili tibbi yardım dəstəsi və yanğınsöndürən maşın cəlb edilib.