Maide.az

​Fransada polis maşınını yandıran ABŞ vətəndaşı tutulub

Fransa hökuməti tərəfindən Parisdə baş verən kütləvi iğtişaşlar zamanı polis maşınını yandırmaqda şübhəli bilinən ABŞ vətəndaşı saxlanılıb.   “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Paris Şəhər Prokurorluğundan məlumat verilib. Amerika vətəndaşı bu insidentin təhqiqatı çərçivəsində saxlanılan 5 gəncdən biri olub.   Prokurorluğun məlumatına görə, 27 yaşlı amerikalıya qarşı qəsdən hakimiyyət nümayəndəsinin həyatına sui-qəsd etmək ittihamı irəli sürülüb.   O, həmçinin digər şübhəlilərlə birlikdə qabaqcadan əlbir olaraq zorakılıq törətməkdə və maddi ziyan vurmaqda günahlandırılır. Polis maşınının yandırılması insidenti mayın 18-i Parisdə Əmək Məcəlləsi islahatlarına qarşı kütləvi etirazlarla müşahidə olunan növbəti nümayiş zamanı baş verib. /