Ərəbistanın təhsil sisteminə etiraz edən iki məktəbli həbs olunub
Səudiyyə Ərəbistan təhlükəsizlik qüvvələri iki məktəblini təhsil sisteminə etiraz etmək ittihamı ilə Məkkənin Taif qəsəbəsində həbs edib. Maide.Az xəbər verir ki, saxlanılan şəxslər iki qardaşdır. TƏhlükəsizlik qüvvələri iddia edib ki, bu iki qardaş Səudiyyə Ərəbistan təhsil sistemini dünyəvilik və şəriətə uyğun olmayan düşüncə tərzini yaydığını bildiriblər. Təhlükəsizlik xidməti elan edib ki, bu iki qardaş həmçinin digər vətəndaşları məktəbləri baykot etməyə çağırıblar. Həbslə bağlı ətraflı məlumat verilməyib.