Hizbullah komandiri şəhid edildi
Hizbullahın komandirlərindən Seyyid Mustafa Bədrəddin şəhid olub. Maide.Az xəbər verir ki, Hizbullah Seyyid Mustafa Bədrəddin şəhid olması ilə bağlı bəyanat yayıb və bildirib ki, M. Bədrəddin bir ömür cihad yolunda olub, dəfələrlə həbs edilib. Şəhid Mustafa Bədrəddin (Zülfüqar) Suriyada təkfirçi qurplara qarşı mübarizədə şəhid olub. Onun şəhid olması ilə bağlı bəyanatda bildirilir ki, O, Dəməşq hava limanın yaxınlığında Hizbullahın qərargahlarının birində baş vermiş partlayış nəticəsində daha bir neçə Hizbullah üzvi ilə birlikdə şəhid olub. Şəhid Bədrəddin Hizbullahın hərbi qolunun komandiri olub. O bu vəzifədə şəhid İmad Muğniyəni əvəz edib. Baş vermiş partlayışın İşğalçı İsrail rejim hərbi hava qüvvələrinin açdığı avia zərbə nəticəsində baş verdiyi bildirilir.