Maide.az

Ərəbistan Yəmənin müxtəlif bölgələrinə hücum edib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya Yəmənin müxtəlif bölgələrinə hücum edib.   Maide.Az "Əl-Aləm" xəbər telekanalına istinadən məlumat verir ki, səudiyyəli qrıcıların İmran vilayətinin Əmaləqə hərbi bazasına hücumunda iki yəmənli hərbçi həlak olub.   Ərəbistan qırıcıları əl-Bəyza vilayətinin Zi Naim şəhərciyinə hücum edərək atəşkəsi pozublar. Həmçinin səudiyyə qırıcıları Sədə, Couf və Təiz vilayətlərinin səmasında uçuşlar ediblər. Təcavüzkar muzdlular Couf vilayətinin əl-Mutun və əl-Məslub şəhərciklərində Yəmən ordusu və xalq qüvvələrinin mövqelərini ağır artilleriya ilə atəşə tutublar.    Eyni zamanda səudiyyəli muzdlular Təiz vilayətinin əl-Vaziyyə şəhərciyi və Zibab şəhəri yüksəkliklərini minaatanlarla atəşə tutublar. Xatırladaq ki, Ərəbistan bəzi ərəb ölkələrinin əməkdaşlığı və ABŞ-ın köməkliyi ilə 2015-ci il 26 martdan Yəmənə irimiqyaslı hücumlara başlayıb. Səudiyyə Ərəbistanının məqsədi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.  Bu hücumlar nəticəsində minlərlə yəmənli, o cümlədən uşaq və qadınlar həlak olmuş, on minlərlə nəfər didərgin düşmüş və Yəmənin 80% infrastrukturu məhv olmuşdur. /