Maide.az

Ərdoğan Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.   Maide.az xəbər verir ki, 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Ərdoğan da iştirak edəcək.   Qeyd edək ki, Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.   Məlumat üçün bildiririk ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. /