Maide.az

“Barselona” şokda, “Atletiko”dan qələbə

İspaniya La Liqasında 33-cü turun oyunlarına yekun vurulub. Qol.az-ın məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma keçirilib. Turun sensasiyalı nəticəsi Barselonada qeydə alınıb. “Valensiya” səfərdə lider “Barselona”ya 2:1 hesabı ilə qalib gəlib. Madridin “Atletiko” klubu öz meydanında “Qranada”nın qapısına 3 cavabsız qol vurub. Bununla da paytaxt təmsilçisi xalını 76-a yüksəldərək "Barselona"ya çatıb. Qeyd edək ki, "Barselona" La Liqada artıq ardıcıl 3-cü oyundur ki, məğlub olur. 17 aprel "Malaqa" - "Atletik" (Bilbao) – 0:1 Qol: Qarsiya, 56 "Sevilya" - "Deportivo" – 1:1 Qollar: İborra, 21 (1:0), Oriol Riera, 81 (1:1)  "Atletiko" (Madrid) - "Qranada" – 3:0 Qollar: Koke, 16. Fernando Torres, 60. Korrea, 84. "Rayo Valyekano" - "Vilyareal" – 2:1 Qollar: Querra, 8 (1:0), Adrian, 21 (1:1), Miku, 82 (2:1)  "Barselona" - "Valensiya" – 1:2 Qollar: Rakitiç, 26-avtoqol (0:1), Mina, 45 (0:2), Messi, 63 (1:2)     # Komandalar O Q H M T-F Xal 1. Barselona  33 24 4 5 88:29 76 2. Atletiko Madrid  33 24 4 5 57:16 76 3. Real Madrid 33 23 6 4 98:30 75 4. Vilyareal 33 17 9 7 42:28 60 5. Atletik Bilbao 33 16 6 11 51:40 54 6. Selta Viqo 33 15 8 10 46:53 53 7. Sevilya 33 13 10 10 46:40 49 8. Malaqa 33 10 11 12 30:30 41 9. Eybar 33 11 8 14 45:49 41 10. Real Sosyedad 33 11 8 14 41:44 41 11. Las Palmas 33 11 7 15 38:45 40 12. Valensiya 33 10 10 13 38:40 40 13. Deportivo 33 7 17 9 42:48 38 14. Betis 33 9 11 13 30:46 38 15. Espanyol 33 10 6 17 34:62 36 16. Rayo Valekano 33 8 10 15 45:65 34 17. Qranada 33 7 9 17 33:60 30 18. Sportinq 33 7 8 18 33:54 29 19. Levante 33 7 7 19 30:56 28 20. Xetafe 33 7 7 19 29:61 28 /