Əfqanıstanda təhlükəsizlik qüvvələrinin yolunda partlayış:12 ölü, 38 yaralı
Əfqanıstanda təhlükəsizlik qüvvələrini daşıyan avtobusun yolunda bomba qoyulmuş motorsiklet partladılıb, 12 nəfər ölüb, 38 nəfər yaralanıb. Maide.az beynəlxalq KİV-lərə istinadən məlumat verir ki, Əfqanıstanın Calalabad şəhər xəstəxanasının baş həkimi Ehsanullah Şinvari deyib ki, partlayış bu gün Nəngərhar vilayətinin Sorxrud bölgəsində baş verib. Məlumata görə, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. /