Ərdəbilə qar yağıb, məktəblərdə dərslər dayandırılıb
İranın Ərdəbil əyalətinin 7 şəhərində mətkəblərdə dərslər dayandırılıb, buna səbəb isə bahar fəslində yağan güclü qardır. Maide.az xəbər verir ki, İranın Ərdəbil əyalətinin təhsil idarəsi elan edib ki, qarın yağması və havanın soyumasına görə, bazar ertəsi Ərdəbil, Səreyn, Nəmin, Nir və Hir şəhərlərində səhər növbəsində dərslər dayandırılır. Həmçinin məlumatda bildirilir ki, Ərşəq, Lahrud və Meşkinşəhr şəhərlərində həm səhər və həmdə günorta növbəsində dərslər dayandırılır. Qeyd edək ki, bazar günü axşamdan Ərdəbil əyalətinə qar yağmağa başlayıb və bəzi şəhərlərdə yağıntılar hələdə davam edir.