Maide.az

“Gündüzlər gecə olardı” adlı şəbih tamaşası səhnələşdirildi (Foto)

Bu gün Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin, Əhli-Beyt (ə) Aşiqləri Forumunun və “Zeynəb” Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Marneuli şəhəri Mədəniyyət evində İmamlar anası Həzrəti Fatimənin (s.ə) şəhadəti münasibəti ilə “Gündüzlər gecə olardı” adlı şəbih tamaşası səhnələşdirilib.    Aparıcı Elçin Daşdanzadə Həzrəti Fatimənin (s.ə) şəhadəti münasibəti ilə təsliyyət ərz etdikdən sonra Rza Cəfərli Qurani-Kərimdən bir neçə ayə oxuyub.    Quran tilavətindən sonra aparıcı “Müntəzir” teatr truppasının və Əhli-Beyt (ə) məddahları Ceyhun Müəzzin, Orxan Muhəmmədinin iştirakı və “Müntəzir” teatr truppasının səhnələşdirdiyi şəbihdə Xanım Fatimənin (s.ə) Peyğəmbərin (s) vəfatından sonra çəkdiyi iztirablar dilə gətirilərək şəhadəti canlandırmaq üçün tamaşa göstərilib.   Məclis Rza Cəfərinin oxuduğu fərəc duası və ehsan sufrəsi ilə sona çatıb.