Maide.az

Əhali banklardan kredit almaqdan çəkinir

Son bir ildə Azərbaycanda kredit götürmək üçün banklara müraciət edənlərin sayı bir neçə dəfə azalıb. Fins.a-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) hesabatında bildirilir. Hesabata əsasən, 2016-cı ilin yanvar ayında banklar tərəfindən MKR-ə cəmi 64 338 sorğu göndərilib. Ötən ilin yanvarında isə belə müraciətlərin sayı 322 947 idi. Xatırladaq ki, banklar MKR-ə sorğunu müştərilər barədə kredit məlumatlarını öyrənmək üçün göndərirlər. Yəni, bankların MRK-ə göndərdiyi sorğuların sayı, əslində kredit üçün banka müraicət edənlərin sayını göstərir. Başqa sözlə, ötən ilin yanvarı ilə müqayisədə kredit üçün müraciət edənlərin sayında 5 qat azalma var. Qeyd edək ki, dekabr ayında kredii üçün müraciətlər 154 minə yaxın idi. Bu mənada yanvar ayında kredit müraciətləri dekabr ayına nisbətən 2 dəfə azalıb.  Aylar Banklar tərəfindən MKR-ə göndərilən sorğular Yanvar (2015) 322 947 Fevral 289 782 Mart 192 590 Aprel 196 763 May 233 754 İyun 228 617 İyul 252 143 Avqust 265 361 Sentyabr 231 862 Oktyabr 228 435 Noyabr 194 859 Dekabr 153 916 Yanvar (2016) 64 338 MRK-in məlumatlarına görə, yanvar ayı ərzində ilk dəfə kredit alan müştərilərin sayı son illər ərzində ən aşağı həddə düşüb. Belə ki, yanvar ayında cəmi 5074 nəfər fiziki şəxs kredit alıb. Bu göstərici əvvəlki aylarla müayisədə dəfələrlə aşağıdır. Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında kredit alanların sayı 25 min nəfərdən artıq idi. Son aylar – noyabr-deyabrda kredit alanların sayı əvvəlki aylara nisbətən az olsa da, yenə də, 12-13 min ətrafında dəyişirdi. Yanvarda isə kredit alanların sayının 5 minə düşməsi kredit verilməsinə həm bankların, həm də müştərilərin ehtiyatla yanaşmasının səbəbidir. Aylar Kredit götürən yeni müştərilər Yanvar(2015) 25 389 Fevral 24 359 Mart 22 030 Aprel 24 588 May 20 222 İyun 21 263 İyul 15 191 Avqust 15 734 Sentyabr 16 907 Oktyabr 13 686 Noyabr 13 014 Dekabr 12 807 Yanvar (2016) 5 074 Kredit götürənlərlə yanaşı, zaminlərin də sayında kəskin azalma var. MKR-in  məlumatlarına görə, yanvar ayında kredit götürən müştərilərə zamin dayananların sayı cəmi 551 nəfər olub. Qeyd edək ki, zaminlərin sayı müxtəlif aylarda müxtəlif səviyyədə olub. Bəzi aylarda bu rəqəm 5-6 min, müxtəlif vaxtlarda isə 12-25 min arasında dəyşib. Yanvarda qeydə alınan göstərici isə bu sahədə son illər müşahidə edilən ən aşağı göstəricidir.    Yeni zaminlər Yanvar (2015) 4 798 Fevral 6 019 Mart 19 852 Aprel 6 344 May 13 318 İyun 12 390 İyul 15 823 Avqust 1 618 Sentyabr 25 233 Oktyabr 10 802 Noyabr 10 077 Dekabr 10 948 Yanvar (2016) 551 /