Maide.az

​Naxçıvandan Gürcüstana avtobus reysi açıldı

Fevral ayının 20-dən Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaq. "Report"un məlumatına görə, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcək. İlk marşrut fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək. Bir nəfər üçün biletin qiyməti 27 manatdır. Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.