Əl-Əqsada qılınan cümə namazında on minlərlə fələstinli iştirak edib
Sionist İsrail rejiminin güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq ötən gün əl-Əqsa məscidində qılınan cümə namazında on minlərlə fələstinli iştirak edib. Maide.az xəbər verir ki, Fələstin xəbər agentliyinin verdiyi məlumata görə, 60 mindən çox fələstinli ötən gün əl-Əqsa məscidində qılınan cümə namazında iştirak edib. Bir neçə gündür İsrail hərbçiləri əl-Əqsa məscidini tam olaraq mühasirəyə alaraq, təhlükəsizlik tədbirlərini gücləndiriblər. Digər tərəfdən, yüzlərlə fələstinli fəal İsrail zindanlarında əsir olan fələstinli jurnalist Məhəmməd əl-Qiq ilə həmrəylik məqsədi ilə, əl-Əqsa məscidində aksiya keçirib. Bu fələstinli əsir 80 gündür ki, həbs edilməsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb. Jurnalistin vəziyyəti ağır elan edilib. /