Maide.az

“Zika” virusu Avropada da peyda oldu

Avropada ilk dəfə “Zika” virusuna yoluxma halı aşkar edilib.   İspaniyada hamilə qadın bu simptomla xəstəxanaya götürülüb.   Səhiyyə Nazirliyinin fevralın 4-də yaydığı məlumata görə, qadın bu yaxınlarda Kolumbiyadan dönüb.   Qeyd edək ki Şimali və Cənubi Amerikada peyda olan bu virus , əsasən ağzaqanatlar tərəfindən keçir.   Amma ABŞ-da bu virusun ilk dəfə cinsi əlaqədən də keçdiyi bildirilir.   Beynəlxalq Səhiyyə Təşkilatı virusun qlobal problem olduğunu bildirib.   Təşkilatın məlumatına görə “Zika” virusu dünyada 4 milyon insana yayıla bilər.   Hələlik bu vuruşa qarşı peyvənd və ya müalicəsi yoxdur.   Virus 26 Cənubi və Şimali Amerika ölkəsində peyda olub.   Braziliyalı alimlər hazırda vaksin üzərində işləyirlər və 1 ilə sınaqdan keçirilə bilər.azadliq.org /