Əfqanıstanda`Taliban` üzvləri ilə polis arasında atışma - 22 ölü
Maide.az xəbər verir ki, Əfqanıstanın Kunduz şəhərində "Taliban" üzvləri ilə polis arasında atışma olub. Hadisə nəticəsində 22 nəfər ölüb. Həyatını itirənlərdən 17-si terrorçu, 5-i isə hüquq mühafizə orqanının əməkdaşıdır. Polisin keçirdiyi əməliyyat nəticəsində "Taliban"a məxsus xeyli silah-sursat da ələ keçirilib. "Taliban" sözçüsünün verdiyi məlumata görə, 9 hüquq mühafizə orqanı əməkdaşı həyatını itirib.