Ərəbistanın cənubunda Bəhreynə məxsus F-16 düşdü-FOTO
Səudiyyə Ərəbistanın koalisiyasında Yəmənə təcavüzkar hücumlar edən Bəhreynə məxsus F-16 təyyarəsi Ərəbistanın cənubunda süqut edib. Maide.az xəbər verir ki, Koalisiyanın komandanlığı bəyanat yayaraq F-16 təyyarəsinin düşdüyünü təsdiqləyib. “Bəhreynə məxsus F-16 bu gün səhər texniki nasazlığa görə Cizan bölgəsində süqut edib. Təyyarənin pilotu özünü xilas edə bilib”. Bəhreyn ordusu iki gün öncə Səudiyyə Ərəbistanda 3 əsgərinin öldüyünü elan etmişdi. Qeyd edək ki, bir müddət öncə Yəmən xalq qüvvələrinin raket hücumu zamanı 86 əcnəbi əsgər öldürülmüşdü ki, ölənlərdən 5 nəfəri Bəhreynli idi. Yəmən İnsan Haqları Evinin yaydığı son hesabata əsasən, Səudiyyə və müttəfiqlərinin martın 26-da Yəməndə başlatdığı təcavüzkar hücumlardan indiyənə qədər 5000-dən çox yəmənli həlak olub, minlərlə yəmənli isə yaralanıb./