Maide.az

Əli Kərimli AXCP-nin qurultayı ilə bağlı məhkəməyə müraciət edib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) partiyanın sentyabrın 27-də keçirilən qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, iddia ərizəsi məhkəməyə dekabrın 9-da təqdim olunub. Qeyd edək ki, Ədliyyə Nazirliyi AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğunu tövsiyə etmişdi. Nazirlik Əli Kərimlinin sabiq müavini Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirdiyi etimad qurultayı ilə bağlı da eyni qərarı verib. Artıq R.Nurullayev də eyni iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edib.