Ərəbistandan Rusiyaya uçan təyyarə qəzaya uğradı: 224 ölü
Şarm-əş-Şeyx-Sankt-Peterburq reysi ilə uçan Airbus-321 sərnişin təyyarəsi Kipr yaxınlığında qəzaya uğrayıb. RİA Novosti-nin məlumatında deyilir ki, Moskva vaxtı ilə saat 6:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub. Son məlumatlara görə, təyyarə Kipr yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 224 nəfər olub./