Maide.az

“İslam qadağan edilsin” deyən siyasətçi məğlub oldu

Seçiçilər İslam dininə qarşı radikal çıxışlar edən siyasətçiyə etibar etmədi. Maide.az  xəbər verir ki, Fransada İslam dininin qadağan edilməsini istəyən bələdiyə sədri Robert Şardon seçkilərdə məğlub olub. Ötən il may ayında “İslamın qadağan edilməsi” ilə bağlı çıxış etdikdən sonra üzvü olduğu mərkəzi sağ partiyadan çıxarılan Robert Şardon ikinci zərbəni isə seçkilərdə alıb. O, Venellese qəsəbəsindən namizədliyini verdiyi seçkilərdə məğlub olaraq vəzifədən kənarlaşıb. Onun yerinə isə qovulduğu mərkəzi sağ partiyanın namizədi Anaud Mersiyer seçilib. Qeyd edək ki, Fransada əksəriyyəti Şimali Afrika əsilli təxminən 5 milyon müsəlman yaşayır. Avropada müsəlmanların ən çox yaşadığı ölkələrdən biri də məhz  Fransadır. /