Maide.az

“Samsung”dan daha bir yeni telefon

“Samsung” şirkəti Z seriyasından daha bir yeni model istehsal edib. Maide.az xəbər verir ki, “Samsung” şirkətinin Z1 modelindən sonra Z2 istehsal edəcəyi gözlənilsə də bu baş verməyib. Lakin, şirkət rəhbərliyi Z seriyasından olan yeni modeli Z3 adlandırıb. Yeni telefonun əsas satış bazarının isə Banqladeş və Hindistan olacağı gözlənilir. Yeni telefon 1,5 gb RAM, 1.3 GHz Quad-Core Spreadtrum işləmə mexanizminə, 8 mp arxa və 5 mp isə ön kameraya sahib olacaq. Yeni modelin nə vaxt və hansı qiymətə satılacağı hələlik məlum deyil. /