Maide.az

Ən çox bu xərçəng növünə rast gəlinir- Azərbaycanda

Azərbaycanda süd vəzisi, mədə və ağciyər xərçəngi ən çox yayılıb.   Milli Onkologiya Mərkəzi direktorunun birinci müavini Əziz Əliyev belə deyib. O, Bakıda keçirilən Türkiyə-Azərbaycan Onkologiya Günlərində çıxış edib.   Əziz Əliyev Azərbaycanda son illərdə onkoloji xəstəliklərin müalicəsi üçün şəraitin xeyli yaxşılaşdığını qeyd edib. Bildirib ki, hazırda ölkənin 9 bölgəsində onkoloji dispanser yerləşir. Bakıda isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası fəaliyyət göstərir. /