Maide.az

​Rusiyanın Tacikistandakı hərbi bazasının 3 hərbçisi itkin düşüb

Rusiyanın Tacikistandakı 201 saylı hərbi bazasının 3 hərbçisi üç gündür itkin düşüb. Bu haqda TASS məlumat yayıb. Xəbərə görə, 3 gün öncə kəşfiyyatçılar dağ çayına düşüb. Bazadan bildirilib ki, hərbçilərin axtarışı davam edir: "Onları sağ-salamat tapacağımıza ümid edirik. Hərbçilərin taleyindən xəbərsizik". Qeyd edək ki, Rusiyanın 3 hərbçisi iyunun 29-da "Sambuli" hərbi poliqonunda təlim zamanı Tacikistanın cənubunda Vaxş çayına düşüb. 2004-cü ildə yaradılan 201 saylı baza Rusiyanın xaricdəki ən iri hərbi obyektidir. Taciksitanın Düşənbə, Kurqan-Tube və Kulyab şəhərlərində onun hərbi hissələri var. Baza 2042-ci ilədək ölkə ərazisində qalacaq.