Maide.az

Əfqanıstanda 6 terrorçu zərərsizləşdirilib, 21 nəfər yaralanıb

Əfqanıstan polisi parlamentə hücum edən "Taliban" hərəkatının 6 silahlısını zərərsizləşdirib.   Maide.az xəbər verir ki, ölkə parlamentinin binasına terrorçuların hücumu nəticəsində 5-i qadın, 3-ü uşaq olmaqla 21 dinc sakin yaralanıb.   Xatırladaq ki, bu gün səhər saatlarında “Taliban” silahlıları Əfqanıstan parlamentinin binası önündə bir neçə partlayış törətdikdən sonra binanı atəşə tutublar.