Maide.az

Ələt-Astara yolunda yanğınla nəticələnən yol qəzası baş verib

Ələt-Astara yolunun 149-cu km-də, Cəlilabad rayonu ərazisində "Volkswagen” markalı minik avtomobilinin “ZİL” markalı yük avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Maide.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində “Volkswagen”in mühərrik hissəsində elektrik avadanlığı yanıb. Minik avtomobilinin qalan hissəsi, yük avtomobili və banına yığılmış 2 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.