Maide.az

Ərzaq bahalaşıb

Azərbaycanda inflyasiya illik müqayisədə 3,4% təşkil edib.   Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-may aylarında istehlak mallarının qiymətləri və xidmət tariflərini 3,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, xidmət tarifləri isə 1,4 faiz artmışdır.    MAYDA DEFLYASİYA QEYDƏ ALINIB   Aprel ayı ilə müqayisədə may ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, xidmət tarifləri isə 0,1 faiz bahalaşmışdır.   Qeyd edək ki, bəzi ərzaqlarının qiyməti deyiləndən xeyli çox artıb.