Maide.az

​Pan Gi Mun: `Fələstin xalqına haqqını və ləyaqətini qorumaq imkanı verilməlidir`

"Fələstin xalqının həyat şəraiti günü-gündən ağırlaşır". Maide.az xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun Fələstin Qaçqınlarına Yardım Agentliyinin ("UNRWA") yaranmasının 65-ci ildönümünə həsr edilən tədbirdə bildirib.   O bildirib ki, İsrailin bombardmanları və embarqoları nəticəsində Fələstin qaçqınlarının yaşayış şəraiti dözülməz hala gəlib.    Pan Gi Mun vurğulayıb ki, Fələstin - İsrail münaqişəsi yalnız siyasi danışıqlar yolu illə həll edilməlidir: "Tərəflərin vaxt itirmədən müzakirələrə başlaması vacibdir".   Baş katibin sözlərinə görə, problemlə bağlı siyasi uzlaşma olmadığından fələstinlilərə humanitar yardım dəstəyi davam etməlidir: "Fələstin xalqına haqqını və ləyaqətini qorumaq üçün imkan verilməlidir. Onlar buna layiqdir".