Maide.az

Ərəbistan qırıcıları Yəmənin müxtəlif bölgələrini bombaladılar

Səudiyyə Ərəbistanı hava və artilleriya hücumlarını artıraraq, Yəmənin müxtəlif bölgələrini yüz dəfədən çox hədəfə alıblar.   Maide.az-ın məlumatına görə, Səədənin şimal bölgələrinin bombalanması nəticəsində 5 nəfər həlak olub. Həlak olanların hamısı uşaqlar olub.    Rəhban şəhərinin bombalanması nəticəsində isə 2 nəfər həlak olub, 4 nəfər də yaralanıb.    Səudiyyə qırıcıları İb vilayətində sərnişin avtobusunu hədəfə alıblar. Orta məktəblər və sığınacaqlar da səudiyyəli qırıcıların hücumlarından amanda qalmayıblar.    Əl-Məsirə televiziyası da bildirib ki, ötən gecə Ərəbistan qırıcı təyyarələri Səədə vilayətində Zeyhan şəhərini bombalayıblar.    Həmçinin Ərəbistan qırıcı təyyarələri 6 dəfə Ləhic vilayətinin əl-Ənd hava bazasını və 3 dəfə isə Təiz vilayətində Səbr məntəqəsini bombalayıblar.