“Azneft”ə gedən yol bağlanır
Bakıda daha bir yol müvəqqəti bağlanır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Mikayıl Useynov prospektinin Bayraq meydanından “Azneft” dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Xanlar küçəsindən istifadə etmələri tövsiyə olunur.