Maide.az

Əhalinin bank əmanətlərinin həcmi açıqlandı

2015-ci ilin mayın 1-nə olan göstəricilərə görə, əhalinin banklarda 7 milyard 781.6 milyon manat təşkil edib.   Bu barədə Mərkəzi Bankdan( MB) məlumat verilib.   Mərkəzi Bankın məlumatına görə, bu, fevral ayının yekunları ilə müqayisədə 151,1 milyon manat və ya 1,91% azdır. Məlumat üçün bildirək ki, ilin əvvəlinə nisbətən əmanət qoyuluşu 8,25% və ya  593.3 milyon manat artıb.   Qeyd edək ki, aprelin 1-nə əhalinin banklarda 7 milyard 932.7 milyon  manat, martın 1-nə 7 milyard 121.3 milyon manat, fevralın 1-nə isə 7 milyard 188.3 milyon manat əmanəti olub.